USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yellen Asiya Sakit Okean ölkələri üçün davamlı inkişafa çağırır

14.11.2023 İqtisadiyyat
0 0
ABŞ-ın maliyyə naziri Canet Yellen Asiya-Sakit okean ölkələrinin maliyyə nazirlərini uzunmüddətli iqtisadi perspektivləri daha da yaxşılaşdırmağa və davamlı artıma nail olmağa çağırıb.

San-Fransiskoda keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Maliyyə Nazirləri Toplantısının açılışındakı çıxışında Yellen bildirib ki, APEC üzvləri dünyanın ən sürətlə inkişaf edən və ən dinamik iqtisadiyyatlarını təmsil edirlər.

Bu səbəbdən bu ölkələrin atdığı addımların təkcə öz iqtisadiyyatları üçün deyil, həm də dünyanın üzləşdiyi qlobal problemlərin həlli üçün əhəmiyyətli olduğunu qeyd edən Yellen, ümumi nəticəyə nail olmaq üçün sözügedən iqtisadiyyatlar arasında koordinasiya və əməkdaşlığın vacibliyini vurğuladı.

Yellen, maliyyə nazirlərinin Covid-19 epidemiyasına qarşı mübarizə və bərpa səylərinin prioritetləşdirildiyi bir neçə ildən sonra 2023-cü ildə yenidən uzunmüddətli prioritetlərə diqqət yetirdiyini vurğuladı və bunların arasında müasir təchizat yönlü iqtisadiyyat, davamlı maliyyə və rəqəmsal aktivlər olduğunu söylədi.