2023-cü ilin yanvar-oktyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) qiymətli kağızların dövriyyəsi 19,452 milyard manatı ötüb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 86 faiz çoxdur.
Kommersant.azbu barədə BFB-yə istinadən xəbər verir.
BFB-nin məlumatlarına əsasən, dövlət qiymətli kağızlarının ümumi dövriyyədə payı 35,54 faiz və ya 6,914 milyard manat olub.
Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə sövdələşmələrin həcmi korporativ qiymətli kağızların ilkin bazarı üzrə 21 faiz (609 milyon manat), təkrar bazarı üzrə18 faiz (573 milyon manat), REPO əməliyyatlar üzrə isə 195 faiz artıb.
Korporativ qiymətli kağızların REPO əməliyyatlar bazarında ötən illə müqayisədə 9 dəfə artım qeydə alınıb.
2023-cü il oktyabrın son ticari gününə bazar kapitalizasiyası təqribən 5,001 milyard manat olub ki, bu da ötən ilin son ticari günü ilə müqayisədə 22 faiz artım deməkdir.