USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Brent” neftinin qiyməti üzrə proqnoz yüksəlib

15.11.2023 İqtisadiyyat
0 0
Avropa Komissiyası (AK) 2023-cü il üçün “Brent” markalı neftin orta illik qiyməti ilə bağlı proqnozunu əvvəlki 63,9 dollardan 84,1 dollaradək yüksəldib.

Kommersant.az bu barədə Avropa Komissiyasının payız hesabatında istinadən xəbər verir.

Proqnoza görə, gələn “Brent” neftinin bir barelinin orta illik qiyməti 84,5 dollar təşkil edəcək (oncəki pronoz - 61,6 dollar).

Hesabata əsasən, 2025-ci il üçün “Brent”in qiyməti 79,6 dollar səviyyəsində proqnozlaşdırılır.