USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın Ural nefti tavan qiymətindən yuxarı satılıb

16.11.2023 İqtisadiyyat
0 0
Rusiyanın Ural neftinin orta barel qiyməti oktyabrın 15-dən noyabrın 14-dək 79,2 dollara satılıb. Belə ki, neft Avropa İttifaqının Rusiya neftinə tətbiq etdiyi 60 dollardan yuxarı qiymətdən yuxarı alınıb.

Rusiya Maliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, oktyabrın 15-dən noyabrın 14-dək aparılan monitorinq dövründə Brent markalı neftin orta barel qiyməti 88,6 dollar, Ural markalı neftin isə orta hesabla 79,2 dollara satılıb. dollar təşkil edib.

Beləliklə, Ural nefti 2022-ci ilin dekabrında Avropa Birliyi ölkələrinin Rusiya nefti üçün tətbiq etdiyi 60 dollar/barel tavan qiymətindən yuxarı ticarətə davam edib.

Rusiya Maliyyə Nazirliyi avqustun 1-də açıqlayıb ki, Ural neftinin orta barel qiyməti iyulda Avropa İttifaqının tətbiq etdiyi 60 dollarlıq tavan qiymətini keçərək 64,37 dollara satılıb.

  • Əvvəlki

    Commerzbank kriptovalyuta saxlama lisenziyası aldı

Digər xəbərlər