USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ enerji idxalına metan emissiyasına məhdudiyyət qoyur

16.11.2023 İqtisadiyyat
0 0
Avropa İttifaqı (Aİ) qurumları 2030-cu ildən başlayaraq Avropanın neft və təbii qaz idxalına metan emissiya limitləri tətbiq edəcək qanun layihəsi üzərində razılaşıblar.

Avropa İttifaqı (Aİ) Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında müzakirə edilən və enerji sektorunun metan emissiyalarını azaltmaq üçün yeni qaydaları ehtiva edən qanunla bağlı razılığın əldə edildiyini açıqlayıb.

Müvafiq olaraq, Aİ-nin iqlim məqsədlərinə nail olmaq və havanın keyfiyyətini yaxşılaşdırmaq üçün enerji sektorundan metan emissiyaları azalacaq.

Metan emissiyalarını ölçmək, hesabat vermək və yoxlamaq üçün neft, qaz və kömür sektorları üçün yeni tələblər tətbiq ediləcək. Mümkün metan emissiya mənbələri müəyyən tarix intervallarında monitorinq olunacaq və ciddi şəkildə yoxlanılacaq. Metan emissiyalarının qarşısının alınması, o cümlədən sızmaların aşkar edilməsi və təmiri üçün emissiyanın azaldılması tədbirləri həyata keçiriləcək.

Aİ-yə neft, təbii qaz və kömür idxalı nəticəsində yaranan metan emissiyalarının şəffaflığını təmin etmək üçün qlobal müşahidə sistemi yaradılacaq.

  • Əvvəlki

    Fransız qatar istehsalçısı Alstom 1500 nəfəri işdən çıxarır

Digər xəbərlər