USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avrozonanın ticarət profisiti sentyabrda 10 milyarda çatır

16.11.2023 İqtisadiyyat
0 0
Avrozonada bu ilin sentyabr ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə ixrac 9,3 faiz azalaraq 235,8 milyard avro, idxal isə 23,9 faiz azalaraq 225,8 milyard avro olub. Beləliklə, Avrozonanın ticarət profisiti sentyabrda 10 milyard avro təşkil edib.

Avropa Statistika İdarəsi (Eurostat) 2023-cü ilin sentyabr ayı üçün Aİ və Avro Bölgəsinin beynəlxalq ticarət məlumatlarını dərc edib. Məlumata görə, Aİ-nin ixracı sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz azalaraq 209,7 milyard avroya, idxalı isə 27,6 faiz azalaraq 202,5 ​​milyard avroya çatıb. Sentyabrda Aİ-nin xarici ticarət profisiti təxminən 7,2 milyard avro təşkil edib.

Avrozonada 2022-ci ilin eyni dövrü ilə müqayisədə sentyabrda ixrac 9,3 faiz azalaraq 235,8 milyard avroya, idxal isə 23,9 faiz azalaraq 225,8 milyard avroya düşüb. Beləliklə, Avro Bölgəsinin ticarət müsbət saldosu sentyabrda 10 milyard avro olaraq qeyd edilib.

Sözügedən dövrdə AB ölkələrindən ən çox idxal edən ölkələr 41,3 milyard avro ilə ABŞ, 27,7 milyard avro ilə İngiltərə, 17,7 milyard avro ilə Çin, 15,5 milyard avro ilə İsveçrə və 8,6 milyard avro ilə Türkiyə olub.

Aİ ölkələrinə ən çox ixrac edən ölkələr 41,8 milyard avro ilə Çin, 28,4 milyard avro ilə ABŞ, 14,5 milyard avro ilə Böyük Britaniya, 12 milyard avro ilə İsveçrə, 8,8 milyard avro ilə Norveç və 7,5 milyard avro ilə Norveç olub.

  • Əvvəlki

    Aİ enerji idxalına metan emissiyasına məhdudiyyət qoyur

Digər xəbərlər