USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Oktyabrda ölkədə gündəlik xam neft hasilatı 489 min barrel olub

16.11.2023 İqtisadiyyat
0 0
2023-cü ilin oktyabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 603 min barrel olub.

Kommersant.az xəbər verir ki, bu barədə məlumatə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bunun 489 min barrelini xam neft, 114 min barrelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.