USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Somali və Burkina Fasoya pulsuz taxıl göndərib

17.11.2023 İqtisadiyyat
0 0
Rusiyanın Kənd Təsərrüfatı Naziri Dmitri Patruşev Afrikanın bəzi ölkələrinə pulsuz taxıl daşınmasına başladığını və iki gəminin ayın sonunda Somali və Burkina Fasoya çatacağını bildirib. ​

Patruşev paytaxt Moskvada jurnalistlərə Rusiyanın bir müddət əvvəl elan etdiyi Afrikanın bəzi ölkələrinə pulsuz taxıl daşınması barədə məlumat verib.

Sözügedən daşımaların başladığına diqqət çəkən Patruşev, "Hər biri 25 min tonluq ilk iki gəmi Somali və Burkina Faso istiqamətində Rusiya limanlarını tərk etdi. Noyabrın sonunda onların təyinat yerinə çatmasını gözləyirik" dedi.

Daha üç ölkəyə göndəriləcək

Patruşev qeyd edib ki, ilin sonuna kimi Mali, Mərkəzi Afrika Respublikası və Eritreyaya daşımalara başlanılacaq.

Rusiya prezidenti Vladimir Putin iyulun 27-də verdiyi açıqlamada Burkina Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyaya 25-50 min ton taxıl göndərəcəklərini bildirib.