USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün Xətaidə qaz kəsiləcək

23.11.2023 İqtisadiyyat
0 0
Bu gün Bakının Xətai rayonunun qaz təchizatında fasilə yaranacaq.

Kommersant.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, Xətai rayonunun N.Rəfiyev küçəsində abadlıq işləri ilə əlaqədar qaz tənzimləyicinin və qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə noyabrın 23-də saat 10:00-dan etibarən işlər başa çatanadək “Şüşə” orta təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Vurğulanıb ki, Təmir işləri aparılan müddətdə Xətai rayonunun Ağ şəhər, M.Mehdizadə, S.Orucov, F.Bayramov, Natiq Əliyev, Afiyəddin Cəlilov, N.Rəfiyev küçələrinin, eləcə də Xocalı və Babək prospektlərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Əvvəlki

    Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə xüsusi əhəmiyyət verir - Prezident

Digər xəbərlər