USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

JPMorgan-dan 2024-cü il üçün 'TL' proqnozu

23.11.2023 İqtisadiyyat
0 0
ABŞ investisiya bankı JPMorgan 2024-cü il üçün əsas gözlənti olaraq TL-nin dəyərində artım gözləyir. ​

JPMorgan, inkişaf etməkdə olan bazarlarla bağlı 2024-cü il üçün əsas gözləntilərindən birinin TL-nin dəyərindəki artım olduğunu bildirib.

Son illərdə dəfələrlə kəskin ucuzlaşan TL-də seçkilərdən sonra pul siyasətində 180 dərəcə dəyişiklik və siyasət faizində əhəmiyyətli artımla nikbinlik yaranıb.

JPMorgan tərəfindən dünən yayımlanan hesabatda Türkiyə ilə yanaşı, Polşa, Cənubi Afrika və İsrailə də diqqət çəkilərək, "ilk investisiya mövzusunun (2024-cü il) bərpa" olduğu bildirilib.

Açıqlamada, TL-nin dollar qarşısında dəyər qazanacağı əməliyyat növlərinə toxunularaq, “TL üçün mövcud ağırlığı artırmaq üçün tövsiyəmizə 6 aylıq dollar/TL forvardları əlavə edirik” deyilib.

  • Əvvəlki

    Bu gün Xətaidə qaz kəsiləcək

Digər xəbərlər