USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyük Britaniyada xidmət sektoru gözləntiləri üstələyib

23.11.2023 İqtisadiyyat
0 0
Böyük Britaniyada xidmət sektoru bu ilin noyabr ayında gözləntiləri üstələyib.

S&P Global/CIPS tərəfindən edilən açıqlamaya görə, ölkənin xidmət sektoru Satınalma Menecerləri (PMI) indeksi noyabr ayında 49,5 gözləntisini aşaraq 50,5-ə yüksəlib.

Əvvəlki ayda xidmət sektoru PMI məlumatları 49,5 səviyyəsində qeyd edilib.

Ölkədə istehsal sektoru PMI məlumatları noyabrda 45 gözləntisini aşaraq 46,7-yə çatıb. Ölkədə əvvəlki ayda istehsal PMI məlumatları 44,8 idi.

Böyük Britaniyada kompozit PMI məlumatları noyabr ayında 48,7 gözləntisini aşaraq 50,1 olaraq qeyd edildi. Əvvəlki ayda kompozit PMI 48,7 olaraq təyin olunub.

PMI məlumatlarında 50-dən yuxarı artım artım, bu səviyyədən aşağı isə daralma hesab olunur.