USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lagarde oğlunun kriptovalyutada itdiyini açıqladı

24.11.2023 İqtisadiyyat
0 0
Avropa Mərkəzi Bankının prezidenti Christine Lagarde oğlunun kriptovalyutalara sərmayə qoyduğunu və "demək olar ki, bütün investisiyasını itirdiyini" bildirdi.

Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard Frankfurtda tələbələrlə görüşündə etdiyi çıxışında oğlunun bir çox xəbərdarlıqlara baxmayaraq, onu dinləmədən yüksək dəyişkənlikli kriptovalyutalara sərmayə qoyduğunu bildirərək, “Və o, demək olar ki, hamısını itirdi. Çox deyildi, amma hamısını, təxminən 60 faizini itirdi" dedi.

ECB prezidenti Laqard uzun müddətdir kriptovalyutaları "spekulyativ" hesab edərək, onları cinayətkarlar tərəfindən qeyri-qanuni fəaliyyətlər üçün tez-tez istifadə olunan alət kimi təsvir edir.

ECB prezidentinin 30 yaşlarının ortalarında iki oğlu var.