USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Google qeyri-aktiv hesabları siləcək - Tarix elan edildi

27.11.2023 İqtisadiyyat
0 0
Google bu həftədən etibarən qeyri-aktiv Gmail hesablarını silməyə başlayacaq.

Google, istifadə olunmayan və ya qeyri-aktiv Gmail hesablarının təhlükəsizlik riskləri səbəbindən silinəcəyini açıqladı. İlk dəfə ötən may ayında gündəmə gətirilən bu siyasət çox yaxında başlayacaq.

Google-a görə, bu hesabların iki faktorlu autentifikasiyadan istifadə ehtimalı aktiv hesablarla müqayisədə on dəfə azdır. Bu kimi təhlükəsizlik tədbirlərinin olmaması köhnə hesabları haker hücumlarına qarşı həssas edir.

Google-un açıqlamasına görə, aktiv olmayan Google hesabları dekabrın 1-dən etibarən silinməyə başlayacaq. Bu mərhələdə e-poçtlar, Disk faylları, sənədlər, görüşlər və digər fayllar daxil olmaqla hesabla əlaqəli bütün məlumatlar həmişəlik silinəcək.

Donanımhaber-ə görə, Gmail hesabınızın silinməsinin qarşısını almaq üçün ən azı iki ildə bir dəfə daxil olmaq kifayətdir. Daxil olmaqdan əlavə, edə biləcəyiniz digər addımlar aşağıdakılardır:

- Google Diskdən istifadə
-YouTube videolarına baxmaq
-Play Store-dan proqramların yüklənməsi
- Google Axtarışlardan istifadə
- Üçüncü tərəf proqramları və ya xidmətləri ilə Google hesabından istifadə

Yeni qayda xüsusi olaraq YouTube-a şamil edilmir. Beləliklə, YouTube hesabınızdan hər hansı bir video paylaşmısınızsa, bu məhdudiyyətdən kənardasınız.