USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Binance-in keçmiş baş direktoruna ABŞ-ı tərk etmək qadağan edilib

28.11.2023 İqtisadiyyat
0 0
ABŞ-da federal hakim, çirkli pulların yuyulması və dünyanın ən böyük kriptovalyuta birjası Binance-ə qarşı sanksiya qanunlarını pozmaq ittihamlarını qəbul edən şirkətin keçmiş Baş İcraçı Direktoru (CEO) Changpeng Zhao-nun ölkədə qalmasına qərar verib.

ABŞ-ın Sietldəki Dairə Məhkəməsinin hakimi Riçard Cons, Changpeng Zhao-nun nəzərdən keçirilməsi tələbi həll olunana qədər vətəndaşı olduğu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qayıtmaması barədə qərar verib.

ABŞ hökuməti keçən həftə bildirmişdi ki, Binance çirkli pulların yuyulmasına qarşı mübarizə və sanksiyalar qanunlarını pozduğuna görə ümumilikdə 4,3 milyard dollar cərimə ödəyəcək.

Changpeng Zhao, ABŞ hökuməti ilə razılaşmanın bir hissəsi olaraq Binance CEO-su vəzifəsindən getməyə razılıq verib.

Məhkəməsi fevralın 23-də keçiriləcək Changpeng Zhao 175 milyon dollar girov qarşılığında sərbəst buraxılıb. Onun vəkilləri müraciət etmişdilər ki, keçmiş baş direktorun uçuş riski var və onun səyahət edə bilməsini istəyirdilər.

ABŞ hökuməti isə bu fikirdədir ki, Çanqpenq Zhaonun ölkəyə qayıtması BƏƏ ilə ekstradisiya müqaviləsinin olmaması səbəbindən təhlükəsiz olmaya bilər.