USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft qiymətlərində 'dollar' artımı

28.11.2023 İqtisadiyyat
0 0
Neft qiymətləri zəif dollar təsiri ilə tələbin artacağı gözləntiləri ilə yüksələrkən; Brent markalı neftin bir barelinin qiyməti 80 dolları keçib.

ABŞ dollarının digər valyutalara nisbətən ucuzlaşması neftin bahalaşmasına dəstək verir. Dolların zəifləməsinin xarici valyuta istifadəçiləri üçün nefti ucuzlaşdıraraq tələbi artıracağı gözlənilir. Brent markalı neftin bir barelinin qiyməti bu gün 11,46-da bağlanış vaxtı ilə müqayisədə 0,28 faiz artaraq 80,09 dollara çatıb. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 75,05 dollara satılıb.

Bildirilir ki, texniki olaraq Brent markalı neftin 80,21-80,26 dollar arası diapazonu müqavimət, 79,93-79,84 dollar arası isə dəstək sahəsi kimi baxıla bilər.

Dünən 81,14 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 79,87 dollarla başa vurub.