USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Braziliya 2024-cü ilin yanvarında OPEC+ qrupuna daxil olacaq

01.12.2023 İqtisadiyyat
0 0
Braziliyanın 2024-cü ilin yanvar ayından etibarən Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupuna qoşulacağı açıqlanıb. ​

Səudiyyə Ərəbistanının başçılıq etdiyi 13 üzvlü OPEC və Rusiyanın başçılıq etdiyi OPEC-ə daxil olmayan 10 neft hasil edən ölkənin energetika və neft nazirlərinin bazar şərtlərini qiymətləndirmək üçün onlayn rejimdə keçirilən OPEC və qeyri-OPEC Nazirlərinin 36-cı Toplantısı başa çatıb.

OPEC-dən verilən yazılı açıqlamada, 2024-cü ilin yanvar ayından etibarən OPEC+ qrupu ittifaqına daxil olacaq Braziliyanın Mədən və Energetika naziri Aleksandr Silveyranın toplantıda iştirakının müsbət qarşılandığı bildirilib.

Bəyanatda qeyd olunub ki, tərəf ölkələrin neft bazarının sabit və tarazlı təmin edilməsinə dair davamlı öhdəlikləri təsdiq edilib.

Açıqlamada, cari neft bazarının əsasları işığında qrupun iyunun 4-də OPEC və qeyri-OPEC Nazirlərinin 35-ci Toplantısında hasilatın azaldılması qərarına əməl edəcəyi və sözügedən qərara uyğun olaraq vurğulanıb.

Açıqlamada OPEC və qeyri-OPEC Nazirlərinin 37-ci Görüşünün 2024-cü il iyunun 1-də Vyanada keçiriləcəyi paylaşılıb.