USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoindən 19 ay sonra rekord

04.12.2023 İqtisadiyyat
0 0
Kriptovalyuta bazarlarında yüksəliş tendensiyası davam edir. Saat 08.30-a olan məlumata görə, kriptovalyutaların ümumi həcmi son 24 saatda 3,4 faiz artaraq 1,6 trilyon dolları keçib. ​

Bitcoin yenidən yüksəlişin lideri oldu. BTC-nin dəyəri 4,8 faiz artaraq 41 min 348 dollar olub. Bitkoinin ümumi bazar dəyəri 809 milyard dolları keçdiyi halda, onun bazardakı üstünlüyü 50,3 faiz təşkil edir.

Coingecko-nun məlumatına görə, bitkoin sonuncu dəfə 20 aprel 2022-ci ildə 41 min dolları keçib.

Sonrakı aylarda da enişini davam etdirən BTC 2022-ci ilin noyabrında 17 min dolların altına düşdü.

Ethereum 2200 dolları ötüb

BTC-dən sonra Ethereum da yüksəldi. ETH-nin qiyməti 3,6 faiz artaraq 2240 dollara çatıb. Diaqram Ripple və Dogecoin-də də yaşıl rəng göstərdi. XRP-nin qiyməti 1,9 faiz artaraq 63,2 sentə, DOGE-nin qiyməti isə 3,1 faiz artaraq 8,8 sentə yüksəlib.

  • Əvvəlki

    "Bank VTB" (Azərbaycan)ın fəaliyyətində problem yaşanıb - FOTO

Digər xəbərlər

04.12.2024 İqtisadiyyat
Morgan Stanley proqnozunu yeniləyib
0 0
03.12.2024 İqtisadiyyat
Qızıl bahalaşacaq - AÇIQLAMA
0 0