USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Toyota "Dünyanın ən dəyərli avtomobil markası" seçildi

06.12.2023 İqtisadiyyat
0 0
Interbrand tərəfindən aparılan "Ən yaxşı qlobal brendlər" araşdırmasının 2023-cü il nəticələrinə görə, Toyota yenidən dünyanın ən dəyərli avtomobil markası oldu. Araşdırmaya görə, Toyota-nın marka dəyəri 59 milyard 757 milyon dollardan 64 milyard 504 milyon dollara yüksəlib. ​

Interbrand tərəfindən hər il həyata keçirilən "Dünyanın Ən Qiymətli Brendləri (Ən Yaxşı Qlobal Brendlər)" araşdırmasının 2023-cü il nəticələri açıqlanıb. Araşdırmaya görə, Toyota keçən il olduğu kimi bu il də Dünyanın Ən Dəyərli Avtomobil Markası seçilib.

Bütün sektorların yer aldığı siyahıda 100 marka arasında 6-cı yeri tutan Toyota, ötən ildən reytinqini qoruyub saxlaya bildi və 8 faizlik artımla marka dəyərini keçən ildən daha da artırıb.

Brend dəyəri 4,7 milyard dollar artıb

Interbrand-ın qiymətləndirməsinə görə, Toyota-nın marka dəyəri 59 milyard 757 milyon dollardan 64 milyard 504 milyon dollara yüksəldi. Toyota həmçinin ilk 10-luqdakı üç avtomobil markasından biri olaraq sənaye liderliyini qoruyub saxlayıb.