USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baydenin 105 milyard dollarlıq büdcə tələbi rədd edilib

07.12.2023 İqtisadiyyat
0 0
ABŞ prezidenti Co Baydenin İsrail və Ukraynaya yardım da daxil olmaqla 105 milyard dollarlıq büdcə tələbi ilə bağlı səsvermə Senatda rədd edilib. ​

ABŞ Senatında sözügedən büdcə tələbinin səsə qoyulub-qoyulmayacağının müəyyən edilməsi üçün keçirilən ilkin səsvermədə müstəqil senator Bernie Sanders, eləcə də bir çox respublikaçı “xeyr” səsini verib.

Qanun layihəsinin səsə qoyulması üçün 60 səs tələb olunduğu halda, 49 senator “xeyr”, 51 senator isə “hə” deyib.

Adətən demokratlarla hərəkət edən, lakin bu səsvermədə respublikaçıların tərəfində olan Sanders, rədd edilməsinin səbəbinin İsrailə ediləcək yardım olduğunu bildirib.

Sanders yazılı açıqlamasında Netanyahu rəhbərliyinə qeyd-şərtsiz milyardlarla dollar verilməsinə qarşı olduğunu ifadə edərək, "İsrailin 7 oktyabrda hücumu həyata keçirən HƏMAS-a qarşı mütləq özünü müdafiə etmək hüququ var. Ancaq minlərlə günahsız fələstinli kişi, qadın və "Uşağı öldürməyə heç bir hüquqi və mənəvi haqqı yoxdur" dedi.

Respublikaçı senatorlar isə qanun layihəsinin immiqrasiya siyasətində dəyişiklik tələbini qarşılamadığı səbəbilə Ukraynaya edilməsi planlaşdırılan yardıma qarşı çıxıblar.

Ekspertlər qanun layihəsinin gələcəyinin “naməlumluğa sürükləndiyini” şərh ediblər.