USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Skandinaviya ölkələri Teslanı tənqid edib

07.12.2023 İqtisadiyyat
0 0
Norveçdə özəl sektor işçilərini təmsil edən ən böyük həmkarlar ittifaqı olan Fellesforbundet, bu aydan etibarən İsveçdə satışa çıxarılmaq üçün göndərilən Tesla (TSLA) avtomobillərinin daşınmasını əngəlləyəcəklərini açıqladı. Bütün Skandinaviya ölkələrinin iştirak edəcəyi aksiya İsveçdə tətil edən texniki işçilərə dəstək məqsədilə həyata keçiriləcək.

İsveçin aparıcı həmkarlar ittifaqı IF Metall, Amerika elektrik avtomobil istehsalçısı Tesla-nı texniki işçiləri ilə kollektiv müqavilə bağlamağa məcbur etmək üçün oktyabr ayında tətilə başladı.

Tətildən heç bir nəticə alınmadıqdan sonra İsveçdəki liman işçiləri ötən gün Tesla avtomobillərini gəmilərdən boşaltmaqdan imtina etdilər. Bundan əlavə, elektrikçilər, təmizlik işçiləri, poçt işçiləri və İsveçdə avtomobil hissələri istehsal edən bir şirkət də Teslaya xidmət göstərməyəcəyinə söz verdi.

Sanksiyaları sərtləşdirəcəklər

Fellesforbundet tərəfindən edilən açıqlamada, Teslaya həlledici mesaj vermək və Norveçdən İsveçə nəqliyyat vasitələrinin daşınmasını dayandırmaq üçün lazımi addımları atmaq niyyətində olduğu bildirilib.

Fellesforbundet prezidenti Joern Eggum, "Kollektiv sövdələşmələr aparmaq bacarığı bizim məşğulluq sistemimizin əsas cəhətidir və biz Teslanın bu prosesdən kənarda qalmasına dözə bilmərik" dedi.

Danimarkadakı 3F həmkarlar ittifaqı İsveç texniki işçilərinə dəstəyini ifadə etdi və Tesla tərəfindən istehsal olunan və İsveçdəki müştərilər üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinin boşaldılması və daşınmasında iştirak etməyəcəklərini söylədi.

  • Əvvəlki

    Çinin xarici ticarəti 3,7 trilyon yuana çatıb

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0