USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu sığorta şirkəti - BAĞLANDI

08.12.2023 İqtisadiyyat
0 1
“Naxçıvansığorta”nın lisenziyası ləğv edilib.

Kommersant.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş 13 may 2022-ci il tarixli, SF-0004 nömrəli lisenziya ləğv edilib.

"“Naxçıvansığorta” ASC-nin mövcud maliyyə göstəriciləri Cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq", - qurumdan bildirilib.