USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Brent markalı neft 76,41 dollara satılır

11.12.2023 İqtisadiyyat
0 0
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 76,41 dollara satılır.

Cümə günü 76,36 dollara kimi bahalaşan Brent markalı neftin barel qiyməti günü 75,84 dollarla başa vurub.

Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09.45-də bağlanış vaxtı ilə müqayisədə 0.75 faiz artaraq 76.41 dollara çatıb. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 71,75 dollara satılıb.

Qlobal bazarlarda ABŞ, Avropa və İngiltərə mərkəzi banklarının faiz qərarları bu həftə açıqlanacaq. Bankların faiz qərarlarının bu həftə neft qiymətlərinin istiqamətini müəyyən edəcəyi gözlənilir.

Bildirilir ki, Brent neftində texniki olaraq 76,55 ilə 76,64 dollar arasındakı diapazon müqavimət, 76,27 ilə 76,22 dollar arasındakı diapazon isə dəstək zonası kimi nəzərdən keçirilə bilər.