USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ bir çox türk şirkətini sanksiya siyahısına salıb

13.12.2023 İqtisadiyyat
0 0
ABŞ Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşları da daxil olmaqla yüzlərlə fiziki və hüquqi şəxsə Rusiyaya qarşı embarqonun pozulmasına töhfə verdikləri üçün sanksiya tətbiq etmək qərarına gəlib. ABŞ Maliyyə Nazirliyinin Terror və Maliyyə Kəşfiyyatı üzrə müşaviri Brayan Nelson Türkiyəyə səfəri zamanı Rusiya ilə qeyri-qanuni ticarətlə məşğul olan şirkətlərə qarşı aqressiv davranacaqlarını açıqlayıb.

ABŞ Maliyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ABŞ və müttəfiqlərinin Ukraynadakı müharibə səbəbilə Rusiyaya tətbiq etdiyi embarqonun aradan qaldırılmasına töhfə verən müxtəlif ölkələrdən 150-dən çox şəxs və təşkilat yeni sanksiyalar siyahısına daxil edilib.

ABŞ dövlət katibi Antoni Blinken sanksiya qərarı ilə bağlı verdiyi açıqlamada, “Rusiyanın Ukraynadakı cinayətlərinə və Rusiyanın apardığı müharibəni maliyyələşdirən və dəstəkləyənlərə cavabdehliyi təşviq etmək üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməyə davam edəcəyik” deyib.

ABŞ Maliyyə Nazirliyi ayrıca bir bəyanatda Çin, Rusiya, Honq-Konq və Pakistanda yerləşən dörd təşkilat və doqquz şəxsdən ibarət şəbəkəyə Çin istehsalı olan silah və texnologiyaların Rusiyaya tədarükü və yardımı üçün sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

Açıqlamada bu şəbəkənin ABŞ-ın hərbi sanksiyalarından və Çinin hərbi materialların ixracına nəzarətindən yan keçməyə çalışdığı bildirilib.

Eyni açıqlamada, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Çində fəaliyyət göstərən bəzi şirkətlərin də təyyarə hissələri və rentgen sistemləri daxil olmaqla texnologiya, avadanlıq və girişlərin daşınması ilə bağlı sanksiya siyahısına daxil edildiyi bildirilib.