USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

OPEC-in neft hasilatı noyabrda gündəlik 57 min barel azalıb

13.12.2023 İqtisadiyyat
0 0
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı noyabr ayında əvvəlki ayla müqayisədə gündəlik 57 min barrel azalaraq təxminən 27 milyon 840 min barrelə geriləyib.

OPEC-in aylıq neft bazarı hesabatına görə, noyabr ayında xam neft hasilatı ən çox artan ölkələr Venesuela, Liviya və Küveyt, ən çox azalan ölkələr isə İraq, Anqola və Nigeriya olub. Gündəlik neft hasilatı Venesuelada 23 min barel, Liviyada 21 min barel, Küveytdə isə 19 min barel artıb. Hasilat İraqda 77 min barel, Anqolada 37 min barel, Nigeriyada 17 min barel azalıb.

Noyabrda OPEC-in xam neft hasilatının qlobal hasilatdakı payı 27,4 faiz olaraq qeydə alınıb. OPEC-ə daxil olmayan ölkələrin hasilatı eyni dövrdə gündəlik təxminən 400 min barel artaraq təxminən 73 milyon 900 min barelə çatıb.

Keçən illə müqayisədə təxminən 900 min barel çox olan bu hasilatın ən böyük artımı digər Asiya ölkələri və Kanadada, hasilat isə Rusiya və Qazaxıstanda azalıb. Buna görə qlobal neft hasilatı noyabr ayında bir əvvəlki aya görə gündəlik 400 min barrel artaraq təxminən 101,7 milyon barel olub. Ötən ay dünyada neft qazma quyularının sayı 17 ədəd artaraq 1865-ə çatıb. Qazma qurğularının sayı OPEC ölkələrində 13, qeyri-OPEC ölkələrində isə 4 ədəd artıb.

  • Əvvəlki

    Türkiyə 'süni intellekt' döyüş təyyarəsinə keçə bilər

Digər xəbərlər

21.10.2024 İqtisadiyyat
Bitcoin 70 min dollara yaxınlaşıb
0 0
21.10.2024 İqtisadiyyat
Çindən yeni kredit faiz dərəcəsi elanı
0 0