USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BoE faiz dərəcəsinin azaldılması ilə bağlı gözləntiləri təxirə saldı

14.12.2023 İqtisadiyyat
0 0
İqtisadçılar, İngiltərə Bankının (BoE) bugünkü mesajlarında mümkün faiz endirimi gözləntilərini təxirə salaraq, "şahin" bir rəftar nümayiş etdirdiyini bildirdi.

BoE tərəfindən edilən açıqlamaya görə, Pul Siyasəti Komitəsinin (MPC) iclasında üzvlər 6 əleyhinə 3 səslə siyasət faizini sabit saxlamağa qərar verdilər.

MPC protokollarına görə, 3 üzv siyasət faizinin 25 baza bəndi artırılaraq 5,50 faizə çatdırılması barədə fikirlərini bildirib.

St. James Place-in İqtisadi Araşdırmalar şöbəsinin rəhbəri Hetal Mehta məsələni dəyərləndirərkən bankın “şahin” mesajlarının bazar gözləntilərini tarazlaşdırmaq üçün zəruri olduğunu müdafiə etdi.

"Başlıq inflyasiyası narahatedici dərəcədə yüksək olaraq qalır. İndiyə qədər əmək haqqı inflyasiyasındakı azalma 2 faizlik inflyasiya hədəfinə uyğun səviyyədə deyil", - deyə Mehta bildirib.

Aviva İnvestisiya Faiz Oranlarının rəhbəri Ed Hutchings də bankın mümkün faiz endirimləri ilə bağlı gözləntiləri sakitləşdirməyə çalışdığına diqqət çəkərək, “Orta müddətli dövrdə faiz artımı dövrünün demək olar ki, tamamlandığı aydındır" qiymətləndirməsini etdi.

UBS Global Wealth Management rəhbəri Din Turner bildirib ki, bu gün BoE-dən gələn "şahin" açıqlamalara baxmayaraq, bankın gələn ilin may ayında faiz dərəcələrini azaltmağa başlayacağı gözlənilir.

Turner deyib: "Bizim fikrimizcə, Bankın şahin tonu aşağı inflyasiya, soyuyan əmək bazarı və zəif artımla uyğun gəlmir. Buna görə də biz İngiltərə Bankının gələn ilin may iclasından faiz dərəcələrini azaltmasını gözləməyə davam edirik".