Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov sabah Gürcüstana səfər edəcək.
"Kommersant"ın APA-nın yerli bürosuna istinadən məlumatına görə, iki günlük səfər çərçivəsində komitə sədri Gürcüstanın bir neçə dövlət qurumu və Dövlət Əmlakı Milli Agentliyində görüşlər keçirəcək.
Görüşlərdə iki ölkə arasında dövlət əmlakı sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.