USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın maliyyə institutlarının reytinqlərində mövqeyi daha da yaxşılaşıb

19.07.2018 İqtisadiyyat
0 0
Azərbaycanda fiskal siyasətlə bağlı son illərdə atılmış addımlar, strateji yol xəritələrində qoyulmuş əsas hədəflər üzrə həyata keçirilən islahatlar sayəsində müsbət nəticələr əldə olunub.

"Kommersant" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər iyulun 18-də Tbilisidə Beynəlxalq Büdcə Əməkdaşlığı Təşkilatı tərəfindən həyata keçirilən 2017-ci il üzrə açıq büdcə sorğusunun nəticələrinə həsr olunmuş beynəlxalq konfransda səslənib.
Gürcüstanın Maliyyə Nazirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Dünya Bankının birgə təşkil etdikləri tədbirdə Cənubi Qafqaz ölkələrinin maliyyə nazirliklərinin, müxtəlif fiskal orqanlarının yüksək vəzifəli nümayəndələrinin iştirak ediblər.
Azərbaycanı bu tədbirdə maliyyə nazirinin müavini Emin Hüseynov təmsil edib.
Konfransda bir çox region ölkələrinin 2017-ci ilin sorğusunda göstərdiyi nəticələr xüsusi müzakirə mövzusu olub.
Emin Hüseynov konfransda çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illər həyata keçirilən fiskal siyasət, geniş miqyaslı institusional və struktur islahatları, fiskal büdcə layihələri barədə məlumat verib.
Məruzə ətrafında çıxışlar zamanı, fiskal siyasətlə bağlı son illərdə atılmış addımlar, Azərbaycanın strateji yol xəritələrində qoyulmuş əsas hədəflər üzrə həyata keçirilən islahatlar yüksək qiymətləndirilib.
Azərbaycanın Dünya Bankı və digər beynəlxalq maliyyə institutlarının reytinqlərində öz mövqeyini yaxşılaşdırması xüsusi qeyd olunub.
E.Hüseynov bildirib ki, Azərbaycanda fiskal siyasət üzrə islahatlar davam etdirilir. Ölkəmizdə ilk dəfə olaraq “Büdcə sistemi haqqında” qanuna dəyişikliklər edilməklə, orta müddətli xərclərin nəticələri əsasında büdcə tərtibi ilə bağlı müxtəlif islahatlar aparılır. Vahid büdcə təsnifatına müvafiq düzəlişlər edilməklə dövlət maliyyə statistikası beynəlxalq standartlara uyğunlaşdırılıb.
Sonra digər ölkələrin hesabatları dinlənilib və tövsiyələr hazırlanıb.

  • Əvvəlki

    İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində təltifetmə mərasimi keçirilib

Digər xəbərlər