USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın xam neft ixracından əldə olunan gəliri açıqlandı

19.12.2023 İqtisadiyyat
0 0
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xam neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir 2022-ci ilin analoji dövründəki 18,3 milyard dollarla müqayisədə azalaraq, 15 milyard dollardan çox olub.

Kommersant.az bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Beləliklə, ölkənin xam neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir illik hesablamada 17,6 faiz azalıb.

Azərbaycandan ixrac olunan xam neft və neft məhsullarının həcmi 2022-ci ilin yanvar-noyabr aylarındakı 24,318 milyon tonla müqayisədə, bu ilin analoji dövründə 0,5 faiz azalaraq, 24,199 milyon tona düşüb.

DGK-nin məlumatlarına əsasən, hesabat dövründə Azərbaycanın ixracının ümumi həcmində xam neft və neft məhsullarının payı ötənilki 50,42 faizlə müqayisədə azalaraq, 47,92 faiz olub.

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə - Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.

Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına ixrac olunur.