İşğaldan azad edilmiş ərazilərə növbədənkənar Prezident seçkilərinə qədər köçürülmə olsa, həmin insanlar orada səs verə biləcəklər.
Kommersant.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, qanunvericiliyə əsasən, seçici 6 ay ərzində yaşadığı yer üzrə qeydiyyata alınır.
“Bu gün azad olunmuş ərazilərdə 23 mindən çox seçici var. Yeni seçicilər gedərsə, yeni köç olarsa, 6 ay tamamlanmasa da, biz qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edəcəyik ki, onlar da orada səs verə bilsinlər”, - deyə o əlavə edib.