USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bankın sədrinə yeni müşavir təyin edildi - FOTO

22.12.2023 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankının sədrinə yeni müşavir təyin edilib.

Kommersant.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, Rəşad Məsim oğlu Məmmədov AMB sədrinin yeni müşaviri təyin edilib.

Qeyd edək ki, R. Məmmədov 2015-2017-ci illərdə “Paşa Bank” ASC-də Əməliyyat və nəzarət departamentinin direktoru, 2017-2018-ci illərdə Baş əməliyyat inzibatçısı, 2018-2023-ci illərdə Əməliyyat departamentinin direktoru vəzifələrində çalışıb.