USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Maliyyə Nazirliyinin büdcə bölgüsünü təşkilatlara çatdırılması müddəti azaldılıb

22.12.2023 İqtisadiyyat
0 0
Maliyyə Nazirliyi təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsü 5 iş günü ərzində büdcə təşkilatlarına çatdırılacaq.

Kommersant.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.

Qeyd edək ki, bundan əvvəl Maliyyə Nazirliyi təsdiq olunmuş dövlət büdcəsinin göstəriciləri, gəlir və xərclərin bölgüsünü 1 ay ərzində çatdırırdı.

Bu qərar gələn il yanvarın 1-dən qüvvəyə minir.