Avropa Birliyinin Krıma qarşı sanksiyalarına 5 ölkə də qoşulub.
"Kommersant" xəbər verir ki, Çernoqoriya, Albaniya, Norveç, Ukrayna və Gürcüstan Avropa Birliyinin Krım və Sevostopola qarşı sanksiyalarına qoşulub. Bu barədə AB-nin diplomatiya xidməti məlumat verib.
Belə ki, iyun ayından etibarən AB Krım və Sevostopola qarşı məhdudlaşdırıcı tədbirləri 23 iyun 2019-cu ilə qədər uzadıb.
Qeyd edək ki, AB bu qərarına etiraz edənlər də var. Onların başında isə İtaliya durur və İtaliya rəsmiləri açıqlamalarında hətta Rusiya ilə əməkdaşlıq qurmaq niyyətində olduqlarını açıqlayıblar.