USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ hökuməti sürücü axtarır

19.07.2018 İqtisadiyyat
0 0
FES-in “Bej Kitab” hesabatı açıqlanıb.

"Kommersant" xəbər verir ki, FES-in gözlənilən "Bej Kitab" hesabatı ictimaiyyətə açıqlanıb. Hesabatda verilən məlumata görə, bütün dünya istehsalçıları tariflərdən narahatdır və dünya iqtisadiyyatında rüsumların artırılması, istehsalat prosesindəki azalmalar gələcəkdə ciddi problemlərin yaranmasına gətirib çıxara bilər.

FES bildirib ki, "Bej Kitab"da verilən məlumata görə mövcud ticari gərginlik yalnız istehsalçıların fəaliyyətinə mənfi təsir göstərmir. Belə ki, hesabatda ABŞ-ın ən böyük problemlərindən biri kimi ixtisaslı kadr çatışmazlığı göstərilir. Xüsusilə, mühəndis, yük maşını sürücüləri, inşaat işçiləri və informasiya texnologiyaları mütəxəssisləri əksikliyi kəskin hiss olunur.

Bununla yanaşı, neft, inşaat materialları, metal kimi məhsulların da qiymətində artım müşahidə olunduğunun bildirilməsi və gələcəkdə vəziyyətin ağırlaşa biləcəyi də hesabatda yer alan məlumatlar arasındadır.

  • Əvvəlki

    "Buta Airways”in təyyarələri çarter proqramı çərçivəsində istismar oluna bilər"

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0