USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Asan İmza”nın bahalaşmasını “Best Solutions” şirkəti təklif edib

19.07.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, “Azercell Telekom” MMC öz abunəçilərini “Asan İmza” Xidmətinin istifadəsi ilə bağlı “ASAN İmza” xidməti üzrə aylıq abunə haqqı dəyişikliyi barədə xəbərdar edib.

"Kommersant" Modern.az-a istinadən xəbər verir ki, "Azercell Telekom" MMC rəsmən bildirib ki, 15.08.2018-ci il tarixindən etibarən "Asan İmza" xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları əməkdaşları olan abunəçilər üçün hər faktura dövrünə görə abunə haqqı ƏDV daxil 2.50 AZN məbləğində təyin edilib. Bu xidmət ilə əlaqədar göndərilən 1 SMS ismarıcın (transaksiya) qiyməti isə 0,00 AZN təşkil edəcək.

Bəs "Asan nömrə"nin aylıq ödənişi hansı səbəbdən 1 AZN-dən 2.50 AZN-ə qaldırılıb?

"Azercell Telekom" MMC-nin mətbuat xidməti bildirib ki, qiymət artımı ilə bağlı təklif "Asan İmza" xidmətinin birbaşa təminatçısı "Best Solutions" şirkəti tərəfindən irəli sürülüb:

"Buna səbəb isə xidmətin maya dəyərini təşkil edən zəruri xərclərin əhəmiyyətli artması olub. Odur ki, göstərilən tarif dəyişikliyinin respublikanın mobil kommunikasiya bazarında fəaliyyət göstərən digər mobil operatorlar tərəfindən də eyni 15.08.2018-ci il tarixindən etibarən tətbiqi nəzərdə tutulur. Bütün qeyd olunanları nəzərə alaraq, ayrı-ayrı şəxslər tərəfindən sosial media vasitəsilə "Azercell Telekom" MMC-yə qarşı yönəldilmiş "İnhisarçılıq", "soyğunçuluq" və sair qərəzli ittihamlar tamamilə əsassızdır və qüvvədə olan qanunvericilikdə həmin şəxslərin məsuliyyətini nəzərdə tutan təqsirli əməli təşkil edir".

  • Əvvəlki

    Beynəlxalq Valyuta Fondundan xəbərdarlıq

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0