USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Buta Airways”in təyyarələri çarter proqramı çərçivəsində istismar oluna bilər"

19.07.2018 İqtisadiyyat
0 0
Son zamanlar aşağıbüdcəli “Buta Airways” aviaşirkətinin təyyarələri ilə Türkiyə kurortlarına sərnişin daşımaları ilə bağlı turizm şirkətlərinə suallar daxil olur.

Bununla əlaqədar Azərbaycan Turizm Assosiasiyası bildirir ki, həmin təyyarələr "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin çarter proqramı çərçivəsində istismar oluna bilər. Hazırda AZAL tərəfindən Boeing 787 Dreamliner, Boeing 767, Boeing 757, Airbus A340, Airbus A320, Airbus A319, Embraer 190 və Embraer 170 tipli müasir hava gəmiləri istismar olunur.

Aviaşirkət bütün istiqamətlərdə təyyarə tipini sərnişinlərin sayından asılı olaraq sərbəst formada seçə bilər.
Qeyd etmək lazımdır ki, çarter proqramları çərçivəsində istifadə olunan "Buta Airways" aviaşirkətinin yeni Embraer 190 və Embraer 170 təyyarələrində ödənişsiz baqaj, əl yükü, isti yemək və s. daxil olmaqla,
"Azərbaycan Hava Yolları"nın standartlarına uyğun tam xidmət təqdim edilir.

  • Əvvəlki

    "Ziraat Bank Azərbaycan"ın kredit portfeli artıb - HESABAT

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0
28.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0