Microsoft Windows kompüterləri üçün klaviaturaya süni intellektlə əlaqə düyməsi əlavə edəcək.
Microsoft korporasiyası klaviaturaya süni intellekt (AI) qoşulma düyməsini əlavə etməklə Windows əməliyyat sistemi ilə işləyən fərdi kompüterlərin (FK) klaviaturasını dəyişəcək. Bu barədə şirkətin bloqunda məlumat verilib.
"Bu gün biz irəliyə doğru növbəti mühüm addım atmaqdan və Kopilot düyməsini Windows 11 kompüterlərinə təqdim etməkdən məmnunuq. Kopilot düyməsinin tətbiqi təxminən otuz il ərzində Windows PC klaviaturasında ilk əhəmiyyətli dəyişikliyi qeyd edir. “Microsoft”un dediyi kimi, yenilik istifadəçilərin kompüterdə işini asanlaşdıracaq və onu genişləndirəcək. "Kopilot kompüterdə süni intellekt dünyasına giriş nöqtəsi olacaq" , - deyə bəyanatda deyilir.
Microsoftun xüsusi olaraq süni intellektlə işləmək üçün nəzərdə tutulmuş kompüterləri buraxmağı planlaşdırması faktı dekabrın 29-da məlum olub. Bildirilib ki, şirkət iki model - Surface Pro 10 və Surface Laptop 6 istehsal edəcək. Onlar ARM və ya Intel prosessorları seçimi ilə təchiz olunacaq, həmçinin yeni nəsil neyron prosessoru (NPU) olacaq.