USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 1.1 mlrd. dolları ötüb

05.01.2024 İqtisadiyyat
0 0
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsi 1 milyard 107.9 milyon ABŞ dolları təşkil edib.

Kommersant.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% və ya 751.1 milyon dollar azalıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla Hinditanın ticarət dövriyyəsinin həcmin 1 milyard 859.1 milyon ABŞ dolları olub.

Hesabat dövründə Azərbaycandan Hindistana ixracın həcmi 44,4% azalaraq 924,5 milyon dollara, Hindistandan Azərbaycana ixracın həcmi isə 6.7% azalaraq 183.4 milyon dollara bərabər olub.

Qeyd edək ki, Hindistan Azərbaycanın xam neft ixrac etdiyi ölkələr sırasında üçüncü yerdədir.

  • Əvvəlki

    Azərbaycan nefti ucuzlaşdı

Digər xəbərlər

25.10.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.10.2024 İqtisadiyyat
Azərbaycan nefti cüzi ucuzlaşdı
0 0
24.10.2024 İqtisadiyyat
Almaniyadan Livana 96 milyon avro yardım
0 0