USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da 2024-cü il üçün ümumi hökumət büdcəsi açıqlanıb

08.01.2024 İqtisadiyyat
0 0
ABŞ hökuməti illik 1,6 trilyon dollarlıq büdcə ilə bağlı razılığa gəlib.

Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, ABŞ hökumətinin 2024-cü il üçün ümumi büdcəsi təxminən 1,6 trilyon dollar səviyyəsində razılaşdırılıb.

O, ABŞ hökumətinin büdcəsi üçün təsdiqlənmiş dəqiq məbləği - 1,590 trilyon dollar adlandırıb.

"Bura müdafiə üçün 886 milyard dollar və qeyri-müdafiə (xərclər) üçün 704 milyard dollar daxildir", - deyə siyasətçi vurğulayıb.

Dekabr ayında ABŞ-ın müdafiə xərclərinin 2023-cü ilin sonunda təxminən 798 milyard dollara qədər artacağı bildirilib. Dekabrın 16-da ABŞ Senatı ştatın 858 milyard dollarlıq müdafiə büdcəsini təsdiqləyib.