USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BƏƏ və Qətər də İnkişaf Yoluna daxil ediləcək

08.01.2024 İqtisadiyyat
0 0
Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu Zəngəzur dəhlizi ilə bağlı işlərə bu il başlanacağını bildirərək, "İraqla birlikdə İnkişaf Yolu Dəhlizini həyata keçirəcəyik. Görünən odur ki, Birləşmiş Ərəb Əmirlikləri və Qətər də bu prosesdə iştirak edəcək".

Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu nəqliyyat sektorunda keçən il baş verənləri və 2024-cü il üçün gözləntiləri qiymətləndirib. 6 fevral 2023-cü ildə mərkəzi Kahramanmaraşda baş verən zəlzələlərdən sonra bölgədə intensiv iş aparıldığına diqqət çəkən Uraloğlu, nazirlik olaraq bölgədə nə lazımdırsa onu qarşılamağa çalışdıqlarını söyləyib.

“Biz bunu İraqla həyata keçirəcəyik”

Uraloğlu qeyd edib: "Burada üç əsas dəhliz var: Şimal dəhlizi, Cənub dəhlizi və Orta dəhliz.

Türkiyə Orta Dəhlizdə yerləşir. Xəzər dənizi keçidi istisna olmaqla, Pekinə qədər dəmir yolu ilə Orta Dəhlizi tamamlaya bilərik.