USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avrozonada işsizlik səviyyəsi azalıb

09.01.2024 İqtisadiyyat
0 0
Avrozonada işsizlik səviyyəsi 2023-cü ilin noyabrında 6,4 faizə düşüb.

Avropa Statistika İdarəsi Avropa İttifaqı (Aİ) və Avro Bölgəsinin noyabr ayı üzrə işsizlik məlumatlarını açıqlayıb.

Buna görə, AB-də oktyabrda yüzdə 6 olan mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti noyabrda yüzdə 5,9-a gerilədi.

Avrozonada oktyabrda yüzdə 6,5 olan işsizlik noyabrda yüzdə 6,4 olaraq təyin olundu.

2022-ci ilin noyabrında işsizlik səviyyəsi Avrozonada 6,7 ​​faiz, Aİ-də isə 6,1 faiz olaraq ölçüldü.

Ən yüksək işsizlik İspaniyadadır

Noyabrda işsizlik səviyyəsi İspaniyada 11,9 faiz, Yunanıstanda 9,4 faiz, İsveçdə 7,9 faiz, İtaliyada 7,5 faiz, Fransada 7,3 faiz təşkil edib.

Noyabrda AB-də işsizlərin sayı 12 milyon 954 min olaraq hesablanıb. Bu insanların 10 milyon 970 mini Avrozonada olub.

  • Əvvəlki

    Fransanın yeni baş naziri bəlli olub

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0