USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropanın iri avtomobil istehsalçılarına birgə müəssisələr yaratmağa icazə verilib

09.01.2024 İqtisadiyyat
0 0
Volvo və Renault arasında elektrik furqonlarının istehsalı üzrə birgə müəssisənin yaradılması təsdiqlənib.

Yanvarın 9-da dərc olunmuş bəyanatda deyilir ki, Avropa Komissiyası (AK) İsveçin Volvo və Fransanın Renault şirkətlərinə birgə müəssisə yaratmaq üçün icazə verib.

Təsdiqlənmiş sövdələşmə əsasən “yüngül kommunal elektrik avtomobillərinin hazırlanması, istehsalı və satışı, habelə logistik xidmətlərin göstərilməsi” ilə bağlıdır. Əvvəllər iri avtomobil istehsalçılarının özləri, eləcə də Fransanın logistika operatoru CMA CGM elektrik mühərrikli furqonlar istehsal etmək planlarını açıqlamışdı.

Volvo və Renault qarşıdakı üç il ərzində birgə müəssisəyə (BM) hər biri 300 milyon avro sərmayə qoymağa və hər biri öz brend kimliyinə malik olacağı və Fransada yerləşəcəyi gözlənilən gələcək müəssisədə 50 faiz pay almağa hazırlaşır.

Bundan əvvəl Volvo-nun 2024-cü ilin əvvəlində dizel mühərrikli avtomobillərin istehsalını dayandıracağı məlum olub. 2022-ci ilin noyabrında şirkət daxili yanma mühərriki aktivlərinin yerləşdiyi Geely ilə birgə müəssisənin səhmlərini satdı. Volvo 2030-cu ilə qədər yalnız elektrik avtomobilləri satmağı və 2040-cı ilə qədər karbondan neytral olmağı planlaşdırır.

  • Əvvəlki

    Avropada qazın qiyməti aşağı düşüb

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0