USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ yenidən Rusiyadan neft idxal etməyə başladı

11.01.2024 İqtisadiyyat
0 0
ABŞ 2022-ci ilin martından bəri ilk dəfə Rusiya neftinin idxalını bərpa edib.

ABŞ 2022-ci ilin martından bəri ilk dəfə Rusiya neftinin idxalını bərpa edib. Enerji təchizatında fasilə il yarım davam etdi.

Amerika statistika xidmətinin məlumatına görə, 2023-cü ilin payızında Vaşinqton yenidən Rusiyadan neft idxal etməyə başlayıb, sonra isə ikinci alışını həyata keçirib.

Rusiyadan ABŞ-a neft idxalının həcmi açıqlanıb

Statistik məlumatlara görə, ötən ilin oktyabrında ABŞ 36,8 min barel Rusiya nefti alıb. İdxal dəyəri 2,7 milyon dollar olub.

Bir ay sonra, noyabrda alış həcmi 9,9 min barel təşkil edərək, Vaşinqtona 750 min dollara başa gəlib. Məlumdur ki, hər iki halda karbohidrogen istehlak üçün alınıb.

Eyni zamanda, Rusiya neftinin bir barreli oktyabrda alıcıya 74 dollara, noyabrda isə 76 dollara başa gəlib ki, bu da G7 ölkələri tərəfindən müəyyən edilmiş qiymət tavanından əhəmiyyətli dərəcədə yüksəkdir - bir barel üçün 60 dollar.