USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana xaricdən yeni hotel brendləri gələ bilər

11.01.2024 İqtisadiyyat
0 0
Bu il Azərbaycana xaricdən yeni hotel brendlərinin gələcəyi və nömrə fondunun daha da artacağı gözlənilir.

Kommersant.az xəbər verir ki, bunu "Azərbaycan Hotel Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Eldar Əlimuradov Bakıda keçirilən "Turizm Sənayesi Subyektlərinin Forumu"nda bildirib.

"Bütün bunlar məqsədyönlü siyasətin, uğurlu diplomatik əlaqələrin nəticələridir. Xarici brendlərin ölkəmizə gəlməsi bu sahədə peşəkarların yetişdirilməsində mühüm rol oynayır. Bu gün beynəlxalq təcrübəyə malik yerli kadrlarımız nəinki ölkə daxilində, həmçinin xaricdəki hotellərdə yüksək vəzifələrdə çatır və böyük uğurlara imza atırlar", - deyə E.Əlimuradov əlavə edib.

O, Vergi Məcəlləsinə edilən son dəyişikliklərlə regionlarda fəaliyyət göstərən hotel və sanatoriyalara əmlak vergisi öhdəliyi üzrə güzəşt müəyyən edilməsindən də danışıb: "Dəyişikliyə əsasən, regionlarda hotel və sanatoriya fəaliyyətində istifadə olunan daşınmaz əmlaka görə vergi 3 il müddətinə 75 % azaldılıb. İnanırıq ki, bu tədbirlər regionlarda turizmin inkişafına böyük təkan verəcək".(Report)

  • Əvvəlki

    Azərbaycan ötən il qaz hasilatını artırıb

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0