2023-cü ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi rekord həddə - 240,11 milyard dollara çatıb.
2023-cü ilin sonunda Rusiya ilə Çin arasında ticarət dövriyyəsi pul ifadəsində rekord həddə - 240,11 milyard dollara çatıb. Bu barədə “Kommersant” Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin analitiklərinin statistik məlumatlarına istinadən xəbər verir.
Departamentin ekspertləri aydınlaşdırıblar ki, son bir ildə Çindən Rusiyaya ixrac 46,9 faiz artaraq 110,97 milyard dollar təşkil edib. Öz növbəsində, bu müddət ərzində Asiya ölkəsinə Rusiya mallarının idxalı 12,7 faiz artaraq 129,14 milyard təşkil edib.
Bununla yanaşı, Rusiya ticarət həcminə görə hələ də Çinin əsas iqtisadi tərəfdaşlarından xeyli geri qalır. Belə ki, dərc olunmuş məlumatlara əsasən, yanvar-dekabr aylarında Çinin ASEAN ölkələri ilə ticarət dövriyyəsi ümumilikdə 911,71 milyard dollar təşkil edib. Avropa İttifaqı ölkələri bu göstəriciyə görə ikinci yerdədir (782,98 milyard).
Dekabrın ikinci yarısında baş nazirin müavini Dmitri Çernışenko bildirib ki, Rusiya və Çin 2030-cu ilə qədər 300 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaq iqtidarındadır. Onun sözlərinə görə, bunun üçün ölkələrin bütün lazımi resursları var.