Berlin yaxınlığındakı Tesla zavodu Qırmızı dənizdəki vəziyyətlə əlaqədar fəaliyyətini dayandıracaq.
Tesla, Qırmızı dənizdə gəmilərə edilən hücumlarla əlaqədar logistik fasilələr səbəbindən yaranan komponent çatışmazlığı səbəbindən Berlin yaxınlığındakı zavodda avtomobil istehsalını iki həftə müddətinə dayandıracaq. Bu barədə Reuters xəbər verir.
“Qırmızı dənizdəki silahlı münaqişələr və Ümid burnu vasitəsilə Avropa ilə Asiya arasında nəqliyyat marşrutlarında baş verən dəyişikliklər Qrünheydə hasilatına təsir edir”, – deyə Tesla açıqlamasında bildirib.
Şirkət izah etdi ki, komponentlərin daşınması daha uzun çəkir və bu, tədarük zəncirlərində boşluğa səbəb olur. Zavodun fəaliyyətinin yanvarın 29-dan fevralın 11-dək dayandırılacağı dəqiqləşib.
Yanvarın 10-da Yəmən husiləri dekabrın 31-də ABŞ-ın dəniz qüvvələrinə hücumuna cavab olaraq Qırmızı dənizdə ilk dəfə ABŞ hərbi gəmisinə hücum edib.