"Kommersant" xəbər verir ki, Yaponiya ABŞ-ın təzyiqlərinə davam gətirməyərək İrandan idxal olunan nefti oktyabr ayına qədər sıfıra endirməyi düşünür. Yaxın 3 ay içində isə Yaponiyanın İrandan neft idxalına tamamilə son qoyulacağı bildirilib.
Yaponiyanın bundan sonra hansı ölkələrdən neft ixrac edəcəyi isə sual altında olsa da, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri alternativlər arasındadır.