2023-cü ilin dekabr ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 604 min barel olub. Bunun 482 min barelini xam neft, 122 min barelini kondensat təşkil edib.
Kommersant.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barreldir.