USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ Ukraynaya yardımla bağlı kompromis sazişi hazırlayıb

12.01.2024 İqtisadiyyat
0 0
Euractiv: Aİ Ukraynaya yardımla bağlı kompromis sazişi hazırlayıb.

Avropa İttifaqı (Aİ) Ukraynaya yardımla bağlı kompromis sazişi hazırlayıb və bu, Macarıstana vetosunu aradan qaldırmağa imkan verəcək. Bu barədə Euractiv portalı bir sıra Avropa rəsmilərinə istinadən məlumat yayıb.

“Biz [Macarıstanla] dialoqu davam etdiririk və bu, müsbət cəhətdir”, – deyə mənbə Avropa rəsmilərindən birinin sözlərini sitat gətirir.

Xüsusilə, Brüsselin ayrılan vəsaitin necə həyata keçirildiyini nəzərə alaraq 2025-ci ildə Ukraynaya 2024-2027-ci illər üçün yardım proqramına yenidən baxmağa razı olduğu bildirilir. Bununla belə, nəşr qeyd edir ki, Macarıstan yardımı daha da əngəlləmək imkanını özündə saxlayır.

Bundan əvvəl “Financial Times” yazıb ki, Avropa Komissiyası Kiyevə 50 milyard avro məbləğində maliyyə yardımı ilə bağlı kompromis əldə etmək üçün Macarıstana güzəştə getməyə hazırdır.

  • Əvvəlki

    AMB prezidenti Laqard: Trampın yenidən ABŞ prezidenti seçilməsi Avropa üçün təhlükədir

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0