USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Apple smart saatlarının satış qadağasına yeni dizayn həlli

16.01.2024 İqtisadiyyat
0 0
Bildirilib ki, Apple tibbi monitorinq texnologiyası şirkəti Masimo ilə patent mübahisəsi nəticəsində bəzi ağıllı saat modellərinin satış qadağasını yenidən dizayn edilmiş modeli ilə aradan qaldıra bilər.

Masimonun ABŞ Federal Apellyasiya Məhkəməsinə verdiyi ərizədə, keçən həftə ABŞ Gömrük və Sərhəd Mühafizəsinin Apple-ın yenidən dizayn edilmiş saat modelinin qadağadan xaric edilməsinə qərar verdiyi bildirilib.

Müraciətdə qeyd edilib ki, “Apple” də onun yenidən dizayn etdiyi saatlarında Masimonun nəbz oksimetrinin patentinə tabe olan texnologiyanın yer almadığını bildirib.

Apple-ın ağıllı saatlarının satışına qadağa qoyulub

Beynəlxalq ticarət mübahisələrinə nəzarət edən ABŞ Beynəlxalq Ticarət Komissiyası ötən ilin oktyabrında Apple Watch-un qanda oksigen səviyyəsini oxumaq qabiliyyətinin Masimonun nəbz oksimetrinin patentlərini pozduğuna qərar verib.

Komissiyanın qərarına ABŞ prezidenti Co Baydenin administrasiyası veto qoymayıb.

25 dekabr 2023-cü ilə qədər veto hüququ olan Bayden administrasiyası qərara veto qoymadığı üçün ABŞ-da Apple Watch Ultra 2 və Watch Series 9-un satışı qadağan edildi.