USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yaponiyanın büdcə layihəsinə 'zəlzələ' effekti

17.01.2024 İqtisadiyyat
0 0
Zəlzələlərdən sonra Yaponiya 2024-cü maliyyə ili üçün büdcə layihəsinə yenidən baxdı və onu 112,5 trilyon yen (764 milyard dollar) olaraq təsdiqlədi.

Yaponiyanın Baş naziri Kişida Fumio hökuməti 2024-cü ilin aprel-2025-ci ilin mart ayları üçün hərtərəfli büdcə layihəsini 112,5 trilyon yen səviyyəsində yenilədiyini açıqlayıb.

Daha əvvəl 112 trilyon yen olaraq qəbul edilən büdcə, revizyon sayəsində 500 milyard yen təcili ehtiyat fondu dilimi ilə gücləndirildi.

Fond vasitəsilə Noto yarımadası və onun sahillərində baş verən zəlzələlərdən sonra regionun inkişafına 500 milyard yen ayrılacaq.

Ölənlərin sayı isə 232-yə yüksəlib

İşikava əyalətinin qubernatorluğundan verilən açıqlamada yanvarın əvvəlində Noto yarımadası və sahillərində baş verən zəlzələlərdə ölənlərin sayının 232-yə yüksəldiyi bildirilib.

Açıqlamada, 22 min 300-dən çox binanın zərər gördüyü, 1037 yaralıya tibbi yardım göstərildiyi, xəbərsiz 21 nəfərin axtarışlarının davam etdiyi bildirilib.